Türkiyənin Muğla şəhərində 21 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Sahil Mühafizə Komandanlığı Bodrum sahillərində polislə birgə əməliyyat keçirrib.
Bu zaman saxlanılan qayıqda 19 qanunsuz miqrant tutulub.
Üzərək Yunanıstana keçmək istəyən 2 nəfər xilas edilərək sahilə çıxarılıb.
Miqrant qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 3 nəfər saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
