Şri-Lankada sel və torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın müdafiə naziri Premitha Bandara Tennakoon məlumat verib.
Nazir ölkə daxilində güclü yağış nəticəsində baş verən sel və torpaq sürüşmələrində itkin düşən 5 nəfərin axtarışlarının davam etdiyini bildirib.
Leysan yağışları bir çox rayonlarda ciddi fəsadlar törədib.
Şəbnəm Mehdizadə
