Məzmuna keç

Meksikada daha bir bələdiyyə sədrliyinə namizəd öldürülüb

Meksikanın Puebla ştatında daha bir bələdiyyə sədrliyinə namizəd öldürülüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın İzukar de Matamoros şəhərində seçki kampaniyası aparan namizəd Xorxe Huerta Kabrera naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Güllə yarası alan Kabrera hadisə yerində dünyasını dəyişib.

Hücum zamanı onunla birlikdə olan Kabreranın həyat yoldaşı və köməkçilərindən biri yaralanıb.

Prokurorluqdan verilən açıqlamada hücum edənlərin tutulması üçün genişmiqyaslı araşdırmalar aparıldığı bildirilib.

Qeyd edək ki, mayın 30-da Meksikanın Gerrero ştatında seçki kampaniyası aparan Koyuka de Benites şəhərinin namizədi Xose Alfredo Kabrera Barrientos da güllələnərək öldürülüb.

Meksikada seçicilər bu gün federal və yerli səviyyələrdə, həmçinin prezident seçkilərində səs verəcəklər.

Şəbnəm Mehdizadə