Türkiyənin Mersin şəhərində PKK/YPG- terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersin Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində terror təşkilatının təbliğatını aparan və təşkilatda fəaliyyət göstərdiyi iddia edilən 12 nəfərin şəxsiyyəti müəyyən edilib.
Jandarma Komandanlığı tərəfindən Tarsus, Gülnar, Akdeniz, Toroslar və Yenişehir rayonlarında eyni vaxtda keçirilən əməliyyat zamanı 12 şübhəli yaxalanıb
Ünvanlarda çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.
Şəbnəm Mehdizadə
