Türkiyənin Kırklareli şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Kırklarelinin Lüleburgaz rayonunda qeydə alınıb.
9 avtomobilin toqquşduğu zəncirvari yol qəzasında 19 nəfər xəsarət alıb.
Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib.
Yaralılar təcili yardımla Lüleburqaz Dövlət Xəstəxanasına aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
