Türkiyənin Tekirdağ şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis əməkdaşları şəhərin girişində 3 şübhəli avtomobili saxlayıb.
Bu zaman avtomobillərdə olan və qanunsuz yollarla xaricə getməyə çalışan 5 nəfər tutulub.
Saxlanılan şəxslərin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Avtomobillərdə axtarış zamanı külli miqdarda pul ələ keçirilib.
Saxlanılan şəxslərdən 4-ü həbs edilib, 1-i isə şərti azadlığa buraxılıb.
Zərif Sofiyeva
