Məzmuna keç

Türkiyədə gəmidə yanğın olub, 4 nəfər yaralanıb

Türkiyənin Kocaəli şəhərində gəmiqayırma zavodunda yanğın baş verib.

E-huquq.az "TRT Haber" ə istinadən xəbər verir ki, Başiskele rayonunda tikilməkdə olan gəminin suya buraxılmasının ardınca naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər və təcili tibbi yardım briqadası göndərilib

Yanğın nəticəsində 4 nəfər işçi xəsarət alıb. Onlar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Zərif Sofiyeva