Türkiyənin Hatay şəhərində yataqxanada yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, gecə saatlarında fəhlələrin qaldığı qaldığı 3 mərtəbəli mobil yataqxanada naməlum səbəbdən yanğın başlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qısa müddət sonra yanğının qarşısı alınıb.
Yanğın nəticəsində yataqxana yararsız hala düşüb.
Şəbnəm Mehdizadə
