Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 nəfər saxlanılıb

Türkiyənin Mersin şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersin Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatında fəaliyyət göstərdiyi iddia edilən 3 nəfərin şəxsiyyəti və ünvanı müəyyən edilib.

Jandarma Komandanlığı tərəfindən Tarsus və Yenişehir adlı ərazilərdə keçirilən əməliyyat zamanı 3 nəfər saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və sənədər ələ keçirilib.

Zərif Sofiyeva