Məzmuna keç

Türkiyədə ağır yol qəzası: ölən və yaralılar var

Türkiyənin Malatya şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatyanın Darende rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə dərhal xilasedicilər, polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar Darende Hulusi Əfəndi Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Zərif Sofiyeva