Məzmuna keç

Çexiyada sərnişin qatarı yük qatarı ilə toqquşub: 4 nəfər ölüb, 26 nəfər yaralanıb

Çexiyadan Ukraynaya gedən sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çexiyanın fövqəladə hallar üzrə məsul şəxs Alena Kisiala məlumat verib.

O, qatarda 300-dən çox sərnişinin olduğunu bildirib.

Baş nazir Petr Fiala ölənlərin yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, qatarın Ukraynanın qərbində, Slovakiya ilə sərhədə yaxın Çop şəhərinə getdiyi məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə