Meksikada quş qripindən ilk ölüm faktı qeydə alınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qurum Meksikada quş qripinin alt ştammı olan A(H5N2) virusundan ilk ölüm faktını təsdiqləyib.
Meksika sakinində aşkar edilən virusun ilk dəfə bir insana yoluxduğu qeyd olunub.
Məlumata görə, virusa yoluxan xəstədə yüksək hərarət olur.
Virusun əsasən ev quşlarında aşkar edildiyi bildirilib.
Zərif Sofiyeva
