Pakistanda sərnişin avtobusunun yanması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Pakistanın Bəlucistan əyalətinin Lasbela bölgəsində baş verib.
İçərisində 28 sərnişinin olduğu avtobus səfər zamanı qəfildən alovlanıb.
Avtobusun söndürülməsi üçün bölgəyə yanğınsöndürənlər cəlb olunub.
Bəzi sərnişinlər yanan avtobusdan tullanaraq xilas olub.
Rəsmilər ölənlərin sayının artacağını istisna etmir.
Hadisənin baş verdiyi magistral müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Zərif Sofiyeva
