Məzmuna keç

Antalyada meşə yanğını olub

Türkiyənin Antalya şəhərində meşə yanğını olub.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Aksu rayonunda meşədə yanğın başlayıb.

Yanğının qarşısının alınması üçün 5 helikopter, 2 təyyarə, 5 su tankeri, 4 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürənlər cəlb olunub.

Bir müddət sonra yanğın söndürülüb.

Yanğın zamanı 5 hektar meşə sahəsinə ziyan dəyib.

Şəbnəm Mehdizadə