Türkiyənin Bursa şəhərində avtomobilin yük maşınına çırpılması nəticəsində 8 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Bursanın Nilüfer rayonunda baş verib.
Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib.
Nəqliyyat vasitələrində sıxışmış vəziyyətdə qalan sərnişinlər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
