Türkiyənin İzmir şəhərində silahl insident nəticəsində 2 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Konak rayonunda iki qrup arasında başlayan mübahisə insidentə çevrilib.
İnsident zamanı 1 nəfər silahla, 1 nəfər isə zərbədən yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
