Məzmuna keç

Himalay dağlarında 4 meyit aşkarlanıb

Himalay dağlarında yerləşən Everest, Nuptse və Lhotse zirvələrində 4 cəsəd və 1 skelet aşkar edilib.

E-huquq.az "The Himalayan Times" qəzetinə istinadən xəbər verir ki, 55 gün davam edən təmizlik nəticəsində Everest, Nuptse və Lhotse dağlarının zirvələrindən 11 ton zibil yığılıb.

Qeyd olunub ki, 5 il ərzində dağ zirvələrindən ümumilikdə 119 ton zibil yığılıb, 14 meyit və bir neçə skelet çıxarılıb.

Nepal Turizm Departamentinin Alpinizm direktoru Rakeş Qurunq BBC-yə bildirib ki, hökumət gələcəkdə zibillərin toplanması üçün daha çox büdcə ayırmağı planlaşdırır.

Everest dağında 50 tondan çox tullantı və 200-dən çox cəsədin olduğu təxmin edilir.

Şəbnəm Mehdizadə