Türkiyənin Adana şəhərində müttəhim məhkəmə binasında intihar edib.
E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, hadisə Adananın Yüreğir rayonunda yerləşən məhkəmə binasında baş verib.
Təqsirləndirilən şəxs əli qandallı şəkildə gətirildiyi məhkəmə zalından qaçaraq özünü 3-cü mərtəbədən aşağı atıb.
Hadisə yerinə həkim briqadası göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
