Məzmuna keç

Rumıniyada mağazada partlayış olub, 12 nəfər yaralanıb

Rumıniyanın şimal-şərqində yerləşən mağazada partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, məişət texnikası satılan mağazada baş verən partlayışdan sonra yanğın başlayıb.

Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Qısa müddət ərzində yanğın söndürülüb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Şəbnəm Mehdizadə