Türkiyənin Kahramanmaraş şəhərində 4,3 maqnitudalı (Mw) zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Qurumun verilənlərinə əsasən, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31-də) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Göksun rayonunda olub.
