Türkiyənin Adana şəhərində meşə yanğını başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Feke rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Adana Regional Meşə İdarəsinə aid helikopter, təyyarə və çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Qruplar yanğına nəzarət etmək üçün havadan və qurudan müdaxilə etməyə davam edir.
Şəbnəm Mehdizadə
