Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər: Ölənlər var –
Dərbənddə kilsəyə hücum zamanı bir keşiş və kilsə mühafizəçisi həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
***
Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum edib.
E-huquq.az xəbər verir ki,, hadisə yerli vaxtla saat 18.00-da baş verib. İlkin məlumata görə, bir polis əməkdaşı ölüb, biri yaralanıb.
Şübhəlilərin hadisə yerindən qaçdığı “Volkswagen Polo” markalı avtomobil axtarılır.
***
Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.
E-huquq.az-ın məlumatına görə, bu barədə Dağıstan Respublikası üzrə Rusiya Daxili İşlər Nazirliyi bildirib.
Bildirilib ki, ilkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
"Şübhəlilərin qaçdığı avtomobilin 921 nömrəli ilə ağ rəngli “Volkswagen Polo” olduğu müəyyən edilib. Hadisə aydınlaşdırılır. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumat dəqiqləşdirilir", – deyə bildirilib.

