Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.
E-huquq.az Rusiya KİV-nə xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.
Daha 44 nəfərin yaralandığı qeyd olunur.
***
Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır,
25 nəfərin isə yaralandığı qeyd olunub.
