Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Məhkəməyə hazırlıq Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu (hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edir) və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
E-huquq.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsi məlumat yayıb.
“II Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Məhkəmə Kollegiyası Ukraynadakı vəziyyət kontekstində azı 2022-ci il oktyabrın 10-dan azı 2023-cü il mayın 9-na qədər törədilmiş beynəlxalq cinayətlərə görə iki şəxs – Sergey Şoyqu və Valeri Gerasimov haqqında həbs qərarı çıxarıb”, – məlumatda qeyd edilib.
