Məzmuna keç

Biləsuvarda ağır yol qəzası olub, 10-dan çox sərnişin yaralanıb

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-a yaxın sərniuşin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.