Məzmuna keç

Göygöldə 26 yaşlı qadın intihar edib

Göygöldə 26 yaşlı qadın özünü asaraq intihar edib.

E-huquq.az-ın məlumatına görə, Göygöl rayonu, Yeni Zod kəndində yaşayan 1998-ci il təvəllüdlü Həsənəliyeva Səbinə yaşadığı evin həyətyanı sahəsində yerləşən mal-qara saxlanılması üçün nəzərdə tutulmuş tövlədə boynundan təsərrüfat təyinatlı iplə özünü asaraq intihar edib.

Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu