Məzmuna keç

İzmir sahillərində 26 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 26 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Dikili rayonunda rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Təhlükəsizlik gəmisi göndərilib.

Dayandırılan rezin qayıqda 6-sı uşaq olmaqla 26 qeyri-qanuni miqrant saxlanılıb.

İzmirin Çeşmə rayonunda isə 9-u uşaq olmaqla 20 qeyri-qanuni miqrant xilas edilib.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə