Məzmuna keç

Meksikada narkotik kartelləri arasında qarşıdurmada 19 nəfər ölüb

Meksikada narkotik kartelləri arasında baş verən qarşıdurmada 19 nəfər ölüb.

E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, Qvatemala ilə sərhəddə yerləşən Çiapas əyalətinin La Konkordiya qəsəbəsində iki dəstə arasında silahlı qarşıdurma baş verib.

Hadisə zamanı tərəflərdən 19 nəfər həyatını itirib.

Ölənlərdən 4-nün Qvatemalalı olduğu məlum olub.

Dövlət Katibliyindən verilən açıqlamaya görə, münaqişənin Sinaloa karteli ilə Çiapas karteli arasında baş verdiyi təxmin edilir.

Hadisə yerinə çox sayda polis cəlb edilib.

Şəbnəm Mehdizadə