Hindistanın Mumbay şəhərində yağan güclü yağış və daşqınlar ciddi fəsadlar törədib.
E-huquq.az "India Today" qəzetinə istinadən xəbər verir ki, 21,3 milyon əhalisi olan Maharaştra əyalətinin paytaxtı Mumbayda 6 saat ərzində 300 millimetrdən çox yağış yağıb.
Yağan leysan yağışlarından sonra şəhərətrafı qəsəbələrdə və dağlıq ərazilərdə daşqınlar baş verib.
Mumbayda bəzi uçuşlar ləğv edilib.
Hökumət bölgədə bütün məktəblərdə tədrisin dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, iyunun əvvəlindən Hindistanın şimal-şərqindəki Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində 58 nəfər ölüb.
Şəbnəm Mehdizadə
