Məzmuna keç

İstanbulda PKK-ya qarşı əməliyyat: 7 terrorçu həbs edilib

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhər polis idarəsi PKK üzvlərinin fəaliyyətlərinin deşifrə edilməsi üçün əməliyyat keçirib.

Xüsusi əməliyyat qrupları tərəfindən iki fərqli rayonda, 8 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 7 şübhəli saxlanılıb.

Əməliyyat çərçivəsində iqamətgahlarda aparılan axtarışlar zamanı şübhəlilərə aid rəqəmsal materiallar və ov tüfəngi ələ keçirilib.

Şübhəlilər polis idarəsinə təhvil aparılıb.

Şəbnəm Mehdizadə