Məzmuna keç

Venesuelada “Beril” qasırğası 6 nəfərin ölümünə səbəb olub

Venesuelada "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya çatıb.

E-huquq.az Venesuela mətbuatına istinadən xəbər verir ki, ötən həftə ölkənin şimal-şərqinə çatan qasırğa ciddi fəsadlar törədib.

Qasırğanın yaratdığı şiddətli yağışlar nəticəsində 7960 evə zərər dəyib.

Cumanacoa şəhərində Manzanares çayının daşması nəticəsində evlər və torpaqlar su altında qalıb.

Prezident Nikolas Maduronun göstərişi əsasında 29 minə yaxın insana yardım göstərilib.

Şəbnəm Mehdizadə