Məzmuna keç

Ermənistanın keçmiş nazir müavini hökuməti məhkəməyə verib

Ermənistanın ətraf mühit nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə məlumat adıçəkilən ölkənin mətbuatında yayılıb.

O, məhkəmədən vəzifəsinə bərpa olunmasını və işdən çıxarıldığı andan ötən müddət üçün təzminat verilməsini tələb edib.

Q. Qabrielyan martın 24-də baş nazir Nikol Paşinyanın sərəncamı ilə işdən çıxarılıb.