Məzmuna keç

Hakan Fidan Qəzza ilə bağlı xəbərdarlıq edib

“Qəzzada atılan hər hansı səhv addım geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.

E-huquq.az xəbər verir ki, bunu Türkyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Türkiyə Qəzzada tezliklə atəşkəsin əldə olunması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasının tərəfdarıdır:

“Mən beynəlxalq ictimaiyyəti daha çox qan tökülməsinin və münaqişənin genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməyə çağırıram”.