Kanadanın şimal-şərqində baş verən meşə yanğınları səbəbindən təxminən 9 min insan təxliyə edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətlərindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün bir sıra tədbirlər görülüb.
Güclü yanğınlara görə bölgədə səmanı nəhəng tüstü buludları bürüyüb, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Hazırda Nyufaundlend və Labrador əyalətlərində 11 yanğın davam edir, iyunun 19-da bölgədən təxminən 750 nəfər təxliyə edilib.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi ilə əlaqədar ölkənin bir çox bölgələrində quru və isti hava şəraiti son illər böyük yanğınların baş vermə riskini artırıb. Kanadada 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır. Ötən il ölkə tarixində ən pis yanğın mövsümünü yaşayıb və milyonlarla hektar meşə sahəsi yanaraq külə dönüb.
Şəbnəm Mehdizadə
