Məzmuna keç

Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb

Hindistanın Uttar Pradeş və Bihar ştatlarında ildırım vurması nəticəsində 63 nəfər ölüb.

E-huquq.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, Hindistan Meteorologiya Departamenti (IMD) çərşənbə və cümə axşamı günləri Uttar Pradeş ştatının 10 rayonunda və Biharın bir neçə bölgəsində çoxlu sayda ildırım düşüb.

Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub. Həmçinin Bihar əyalətində 40 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Hindistan Meteorologiya Departamenti yaxın 5 gün ərzində Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışların yağacağı barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə