Türkiyənin Muğla şəhərin Datça rayonu sahillərində Yunanıstan tərəfindən geri qaytarılan 71 qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətuatına istinadən xəbər verir ki, rayon sahillərində bir qrup qeyri-qanuni miqrant olduğu barədə Sahil Mühafizə Komandanlığına məlumat daxil olduqdan sonra əraziyə xilasedicilər göndərilib.
Komandalar 5 xilasedici salda 11-i uşaq olmaqla, 71 miqrantı xilas edib.
Datça körpüsünə gətirilən miqrantlar müvafiq prosedurlardan sonra rayon miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
