Türkiyənin İzmir şəhərinin Urla rayonunda meşə yanğını baş verib.
E-huquq.az "DHA"ya istinadən xəbər verir ki, İçmelerdə meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğının söndürülmsinə 28 su tankeri, 9 su təchizatı maşını, 4 ekskovator və çox sayda yanğınsöndürmə briqadası cəlb olunub.
Ötən gecə saat 22:50-də başlayan yanğın yanğınsöndürənlərin gərgin səyi nəticəsində nəzarətə götürülüb.
Şəbnəm Mehdizadə
