Nigerdə təxminən 7 milyon uşaq poliomielit əleyhinə peyvənd olunacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkəninsəhiyyə naziri Qarba Hakimi məlumat verib.
Bildirilib ki, uşaq iflici ilə mübarizə çərçivəsində Nigerdə təxminən 7 milyon uşaq peyvənd olunacaq.
Peyvənd kampaniyasına ən qısa zamanda start veriləcəyini deyən nazir prosesin 5 günə yekunlaşacağını vurğulayıb.
Qeyd edək ki, Nigerlə yanaşı, Nigeriya, Qambiya, Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Çad və Sudan kimi Afrika ölkələrində də poliomielit aşkarlanıb.
Şəbnəm Mehdizadə
