Danimarkanın paytaxtı Kopenhagenə gələn turistlər mükafatlandırılacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kopenhagendəki turistlər məsuliyyətli davrandıqları müddətcə onların şəhərə gəlmələri üçün maddi və digər stimullar veriləcək.
Ölkənin Milli Turizm Şurası iqlim dostu, davamlı davranışı təşviq etmək üçün proqrama başlayıb. Ölkə sosial və ekoloji cəhətdən şüurlu səyahətçiləri cəlb etməyə çalışır.
Bazar ertəsindən etibarən velosiped sürən, ictimai nəqliyyatdan istifadə edən, limanda və ya parklarda bağçılıq və ya zibil toplamaq kimi yüngül işlərlə məşğul olanlar mükafatlandıracaq.
Yenidən istifadə oluna bilən qəhvə fincanı ilə gələnlər seçilmiş məkanlarda pulsuz kofe ala bilərlər. Həmçinin yaxşı davranış müqabilində damdakı kafelərdə pulsuz içkilər və ya şəhərin süni xizək enişi kompleksində vaxt keçirmək kimi digər üstünlüklər təklif olunacaq.
Kopenhagenin turizm qurumu "Wonderful Copenhagen"in rəsmisi Mikkel Aaro-Hansen bu ideyanın turistlər və yerli sakinlər arasında daha qarşılıqlı faydalı və daha az narahatlıq yaradan əlaqələr yaratmaq üçün işlək yol tapmaq istəyən digər şəhərləri ruhlandıracağına ümid etdiyini söyləyib.
Şəbnəm Mehdizadə
