Cənubi Sudanda 250 min uşağın malyariya epidemiyasına qarşı peyvənd ediləcəyi açıqlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər veri ki, b7u barədə Cənubi Sudanın Səhiyyə Naziri Yolanda Awel Denq məlumat verib.
O, malyariya epidemiyasına qarşı istehsal edilən "R21/Matrix-M" adlı yeni peyvəndin malyariya ilə mübarizədə istifadə olunacağını bildirib.
Nazir ölkədə 5 yaşdan kiçik 250 min uşağın peyvənd ediləcəyini söyləyib.
Qeyd edək ki, sözügedən peyvənd növü ilk dəfə Fil Dişi Sahilində tətbiq olunmağa başlayıb.
Şəbnəm Mehdizadə
