Məzmuna keç

Bodrumda ağır yol qəzası: 14 nəfər yaralanıb

Türkiyənin Muğla şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda minik avtomobili ilə mikroavtobus toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və avtobusda olan 13 nəfər xəsarət alıb.

Əraziyə polis və həkim briqadaları göndərilib.

Yaralılar ətrafdakı xəstəxanalarına çatdırılıb.

Zərif Sofiyeva