Məzmuna keç

İraq və Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirilib

Türkiyə orudusu İraq və Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Hakurk, Qara və "Pəncə-Kilid" əməliyyatı bölgələrində 8, Suriyanın şimalında "Barış bulağı" bölgəsində isə 2 terrorçu olmaqla ümumilikdə 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Zərif Sofiyeva