Məzmuna keç

Boşanmaq istəyən həyat yoldaşını və onun valideynlərini güllələdi

Türkiyənin Mersin şəhərində kişi həyat yoldaşını və onun valideynlərini güllələyib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma ərəfəsində olan cütlük arasında mübahisə baş verib.

Ər mübahisə zəmnində arvadına, qayınatasına və qayınanasına odlu silahdan atəş açıb. Nəticədə onların hər üçü ölüb.

Hadisəni törədən şəxs polisə təslim olub.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə