Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, 10 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində fəhlələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəzada nəticəsində mikroavtobusun sürücüsü də daxil olmaqla 10 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Şəbnəm Mehdizadə