Məzmuna keç

Pakistanda daşqınlar nəticəsində 14 nəfər ölüb

Pakistanın şimal-qərbində musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi məlumat verib.

O, ölkənin Hayber Paxtunxva əyalətində yağan musson yağışları qəfil daşqınlara səbəb olduğunu, Paxtunxvanın Kohat bölgəsində yatmış vəziyyətdə ikən selə düşən bir ailədən 3 qadın, 7 uşaq və 1 kişinin cəsədlərinin tapıldığını bildirib.

Faizi eyni vilayətin Hanqu və Bajur bölgələrində 3 nəfərin öldüyünü bildirib.

Səlahiyyətlilər gələn həftə yağışların ölkənin bir sıra bölgələrində daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında musson yağışları Pakistana böyük ziyan vurur. 2022-ci ildə Pakistanda daşqın nəticəsində 1739 nəfər ölüb. Hökumət daşqının ölkəyə 30 milyard dollardan çox ziyan vurduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə