Yaponiyada havanın temperaturun artması ilə əlaqədar günvurma barədə xəbərdarlıq edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumat yayıb.
Məlumatda ölkənin bir çox bölgəsində yüksək temperaturun müşahidə ediləcəyi, paytaxt Tokioda temperaturun 37 dərəcəyədək yüksələcəyi bildirilib.
Yaponiyanın Ətraf Mühit Nazirliyi də 31 vilayətdə günvurma ehtimalı barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
