Məzmuna keç

İranın yeni seçilən Prezidenti and içib

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib.

E-huquq.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.

İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısının qarşısında and içib.