HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.
E-huquq.az xəbər verir ki, HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib. Bu barədə bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.
Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.
Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.
