Məzmuna keç

Türkiyədə 18 qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində 18 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Urla sahillərində dayandırılan rezin qayıqda 9-u uşaq olmaqla 18 qeyri-qanuni miqrant yaxalanıb.

Həmin ərazidə bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə sahil mühafizə gəmisi göndərilib.

Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan xilasedici saldakı 18 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə