Məzmuna keç

Sərnişin avtobus sürücüsünün qulağını dişləyərək qoparıb

Türkiyənin Hatay şəhərində sərnişin mikroavtobus sürücüsünün qulağını dişləyərək qoparıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Ərzin rayonunda mikroavtobusa minən sərnişin gediş haqqını ödəyərkən sürücü ilə mübahisə etməyə başlayıb.

Bu zaman sərnişin sürücüyə hücum edib və onun qulağını dişləyib. Avtobusdakı sərnişinlər onları ayırıb.

Sürücü Adanadakı xəstəxanaya aparılıb.

Hadisəni törədən şəxs məhkəmə qərarı ilə həbs edilib.

Həmin şəxsin bir neçə gün əvvəl başqa bir vətəndaşa da xəsarət yetirdiyi məlum olub.

Şəbnəm Mehdizadə